Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində yerləşən obyektdə yanğın baş verib. Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. FHN-in məlumatına görə, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. “Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək”, - qurumun məlumatında deyilir.