RU

Çin sirli hipersəsli PUA-nın sınağını nümayiş etdirdi - VİDEO

Çin Elmlər Akademiyası (CAS) MD seriyalı pilotsuz uçuş aparatının hipersəsli uçuşunu nümayiş etdirib. 

Azreform.info xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.

Videoda xüsusilə də bu təyyarələrdən birinin yüksəklikdəki hava şarından havaya qalxması əks olunub. Akademiya onun 7 M sürətə çatdığını və bundan sonra uğurlu eniş etdiyini bildirib.

Xatırladaq ki, yeni MD-22 təyyarəsi keçən il Zhuhai aviasalonunda təqdim edilmişdi. O, hipersəs texnologiyaları üçün nümayişçi və sınaq platforması kimi yerləşdirilib. Gələcəkdə onlardan hərbi məqsədlər üçün istifadə oluna bilər, məsələn, kəşfiyyat...

Qeyd edək ki, yeni videoda "MD-19" təyinatını görmək olar. Yəni, bu seriyanın başqa bir cihazıdır.

Açıq mənbələrdən alınan məlumatlara görə, "MD-22"nin uzunluğu 10,8 m, eni isə 4,5 m-dir, 7 M-ə qədər sürətlə uça bilir və 8 min km-ə qədər uçuş məsafəsinə malikdir.(Qaynarinfo)

Избранный
9
6
azreform.info

7Источники