RU

“Bu qədər insanı işsiz qoymaq olar?” - “Keşlə” bazarı sökülür - Video

“Keşlə” bazarında işləyən şəxslərə yanvarın 1-nə qədər bazardakı malları çıxarmağı və ərazini təhvil verməyi tapşırıblar.

“Qafqazinfo” xəbər verir ki, bazarda fəaliyyət göstərən icarədarlar verilən qərardan narazıdırlar.

Onlar bu müddətin bazardan çıxmağa kifayət etməyəcəyini bildirərək, ən azı 4 ay uzadılmasını istəyirlər: “Bizə deyiblər ki, bura 1 həftəyə boşaldılmalıdır. Mən o mağazanı bu vaxt ərzində necə boşaldım? 3-4 banka kredit ödəyirəm. Evdə otura-otura o krediti necə ödəyim?”

İcarədarlar bazarda 2 min adamın işlədiyini deyir və onlara yeni yer verilməsini istəyirlər: “120 ton nar vurmuşam. Mən o narı nə edim? Heç olmasa, yer versinlər, mart ayına kimi müddəti artırsınlar, malımızı sataq, sonra çıxaq”.

“Keşlə” bazarının ərazisinə nəzarət edən şəxs isə bildirir ki, onlara da məlumat elə dünən verilib.

Bazarın sökülməsinə səbəb isə yeni avtomobil yolunun tikintisinin başlamasıdır.

Məsələ ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, bazar rəhbərliyinə aprel ayından bəri bir neçə dəfə ərazinin boşaldılması ilə bağlı tapşırıq verilib, rəhbərlik məsələni gecikdirib. Son xəbərdarlıq isə yaxın zamanda edilib. Ərazi qısa müddətə boşaldılmalıdır ki, tikinti başlasın.

Daha ətraflı “Xəzər TV”nin hazırladığı sujetdə:

Избранный
9
2
qafqazinfo.az

3Источники