Qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 60-90-cı km-lik hissəsində gecə boyu və səhər saatlarında hərəkətin təhlükəsizliyi və fasiləsizliyi istiqamətində tədbirlər görülüb.
Bu barədə Azərbaycan Avtomobil Yolları məlumat yayıb.
Məlumata görə, yolun hərəkət hissəsi qardan təmizlənib, duz-qum qarışığı səpilib.