RU

"Evimə hücum edildi, ailəmi qorumağa çalışdım"

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun braziliyalı ulduzu Neymar keçmiş təcrübələri ilə bağlı maraqlı açıqlamalar verib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki,  Neymar PSJ-dən ayrılma qərarının səbəblərini danışıb:

"Paris Saint-Germain-də birinci il çox gözəl keçdi. Amma son illərdə bəzi azarkeşlərin münasibəti mənim üçün ağır oldu. Onların arasında aqressiv davranış sərgiləyənlər də var idi. Bir dəfə hətta evimə basqın etmək istədilər. Bu vəziyyət ailəmə də təsir etdi və mən həmin an prioritetlərimi yenidən nəzərdən keçirdim. Hər şeydən öncə özümü və ailəmi qorumaq məcburiyyətində idim.

Bu hadisələrdən sonra klubda qalmaq motivasiyam azaldı. "Əl-Hilal"dan təklif gələndə düşündüm ki, yeni bir mədəniyyət tanımaq və futbola sevgimi bərpa etmək üçün yaxşı fürsətdir."

O, Parisdəki xoş anları da unutmadığını əlavə edib:
"PSJ mənim həyatımda böyük rol oynadı. Orada həm uğurlar, həm də çətinliklər yaşadım. Ancaq futbola olan sevgimi heç kim məndən ala bilməz."

Xatırladaq ki, Neymar 2023-cü ilin avqust ayında "Əl-Hilal"a transfer olub və artıq Səudiyyə Ərəbistanında öz yerini tapmağa çalışır.

Milli.Az

Избранный
12
1
milli.az

2Источники