RU

18 yaş əsgərlik üçün tezdir?- Psixoterapevt danışdı

Bildiyimiz kimi, hərbi xidmətə çağırış yaşının yuxarı həddi 35 yaşdan 30 yaşa endirilir. 

Bununla bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna dəyişiklik təklif edilib. Təklif olunan dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaq. Xatırladaq ki, hazırkı qanunvericiliyə görə, həmin yaş həddi 18 yaşından 35 yaşadəkdir.

"Hər bir gəncin psixoloji inkişaf mərhələləri fərqlidir. Ailə və mühit onun formalaşmasında xüsusi rol oynayır. 

Şəxsiyyətin yeni mühitə uyğunlaşması bəzən zaman alır, bəzən isə mümkünsüz olur. Bəziləri üçün 18 yaş hərbi intizam və qərar qəbuletmə bacarıqları üçün erkən ola bilər. Xüsusilə, stresli və travmatik vəziyyətlərdə psixoloji dayanıqlıq hər kəsdə eyni səviyyədə olmur”. 

Həmsöhbətimiz bildirib ki, hərbi psixoloqların prosesdə iştirakı hərbi xidmətə çağırılacaq gənclərdə yarana biləcək psixoloji nizamsızlıqları  tənzimləyə bilər:

“18 yaşda gənclərin həyat təcrübəsi az olur. Bu müddət bəzən onların hərbi vəzifələrin məsuliyyətlərinə hazırlamaq üçün kifayət etmir. Bu yaş dövrü gənclərin təhsil və şəxsi inkişaf mərhələsinə təsadüf edir. Onların hərbi xidmətə erkən çağırılması bəzən təhsil və peşə planlarına əngəl yarada bilər. Belə ki, orta və ali məktəblərdə hərbi psixoloji yöndə maarifləndirmə  genişləndirilməlidir. Buna görə də hərbi xidmətə  çağırılan gənclər tələblərə uyğunlaşmaq üçün fiziki hazırlıq proqramlarında iştirak etməlidirlər". 

Избранный
18
cebheinfo.az

1Источники