Çin Xalq Respublikasının Ticarət Nazirliyi Avropa İttifaqının növbəti anti-Rusiya sanksiyaları paketinə Çin şirkətlərinin daxil edilməsindən narahatlığını bildirib...
Poliqon-nun məlumatına görə, Pekin xəbərdarlıq edib ki, Aİ-nin hərəkətləri ikitərəfli ticarət və iqtisadi əlaqələrə mənfi təsir göstərə bilər.
"Aİ Çinin dəfələrlə etdiyi bəyanatlara və etirazlara məhəl qoymadı, təkbaşına təkid etdi və bir sıra Çin şirkətləri və şəxsləri 15-ci anti-Rusiya sanksiyalar paketinə daxil etdi. Bununla bağlı Çin kəskin narazılığını bildirir və buna qəti şəkildə qarşı çıxır", deyə nazirliyin şərhində qeyd edilib.
Nazirlik Brüsselin qərarının Çin və Aİ ölkələri arasında daha əvvəl əldə edilmiş konsensusa zidd olduğunu vurğulayıb.
Dekabrın 16-da Avropa İttifaqı Rusiyaya qarşı 15-ci sanksiyalar paketinin qəbul edildiyini açıqlayıb. Məhdudlaşdırıcı siyahılara Çin, Hindistan, BƏƏ və Serbiya şirkətləri də daxil olmaqla 54 fiziki şəxs və 30 təşkilat daxildir. Məhdudiyyətlər Rusiyanın tankerlərin "kölgə donanması"ndan istifadə edərək G7-nin neft qiymətlərinin yuxarı hədlərini aşmasının qarşısını almaq məqsədi daşıyır.
Poliqon.info