Alimlər kosmosda ən qədim qara dəliklərdən birini aşkar ediblər.
Reyting.az xarici mediaya istinadla xəbər verir ki, hələ "yuxuda olan" obyektin çəkisi 400 milyon Günəş kütləsi və onun qalaktikasının demək olar, yarısı qədərdir.
Tədqiqatların nəticələrinə görə, “qara dəlik” Böyük Partlayışdan 800 milyon il sonra əmələ gəlib. Kainatın isə təxminən 13,8 milyard il yaşı var. Bu obyekt elmə məlum olan ən qədim “qara dəlik”lərdən biridir.