RU

Probiotik əlavələr yaddaşı yaxşılaşdıra bilər

Melburn Universitetinin avstraliyalı alimləri müəyyən ediblər ki, probiotik əlavələr və probiotik qidalar böyüklərdə zehni fəaliyyətə təsir göstərir.

Editor.az xəbər verir ki, araşdırma Nutritional Neuroscience (NutNeuro) elmi jurnalında dərc olunub. Probiyotiklər kifayət qədər miqdarda istehlak edildikdə sağlamlığa fayda verən canlı mikroorqanizmlərdir. Onlar tez-tez qatıq, kefir və digər fermentləşdirilmiş qidalarda olur və dərman şəklində də mövcuddur. Probiyotiklər bağırsaqdakı mikrob cəmiyyətinin sağlamlığını dəstəkləyir.

Yeni araşdırmada tədqiqatçılar iki ay ərzində probiyotik qəbul edən 118 yetkin iştirakçını izləyiblər. Nəticələr göstərib ki, probiotik əlavələri diqqəti saxlamaq və məlumatı emal etmək üçün məsul olan zehnin əsas funksiyalarından biri olan yaddaşda təvazökar, lakin əhəmiyyətli irəliləyişlərə səbəb olub. Probiotik qrupunun iştirakçıları plasebo qrupu ilə müqayisədə daha yaxşı performans göstəriblər. Alimlərin fikrincə, onların kəşfi beyin funksiyası ilə bağırsaqlardakı mikrob mühitinin vəziyyəti arasında əlaqəni daha yaxşı anlamağa kömək edəcək.

//Gülnarə Abasova, Editor.az

Избранный
7
editor.az

1Источники