RU

Yeni il bağlamaları: Uşaqlara sevinc gətirir, yoxsa xəstəlik? - PEDİATR

Yeni ilin gəlişinə sayılı günlər qalıb və bu münasibətlə müxtəlif hədiyyələr və yeni il atributları satışa çıxarılır. Xüsusilə uşaqlar üçün nəzərdə tutulmuş yeni il bağlamaları marketlərdə geniş yayılıb. Lakin diqqət çəkən məqam odur ki, bu bağlamaların tərkibindəki şirniyyatların keyfiyyəti çox aşağıdır. Bunun ən bariz sübutu isə həmin bağlamaların ucuz qiymətə satılmasıdır.

 

Maraqlıdır, bu bağlamalardakı keyfiyyətsiz şirniyyatlar azyaşlıların sağlamlığına necə zərər verə bilər?

 

AzEdu.az-a açıqlama verən pediatr Günay Rəsulova bildirib ki, bu məhsulların tərkibində həddindən artıq qatqı maddələri və yüksək miqdarda şəkər mövcuddur:

 

"Bu hədiyyə paketləri üçün seçilən kekslər, meyvə şirələri və şokoladlar, təəssüf ki, aşağı keyfiyyətli və sağlamlığa zərərli qidalardır. Bu məhsulların tərkibində çoxlu qatqı maddələri və şəkər var. Hədiyyə paketlərinə əlavə olunan bu qidalar düzgün saxlanmadıqda, uşaqlarda müxtəlif qida allergiyalarına və hətta zəhərlənmələrə səbəb ola bilər.

 

Valideynlər bu məsələdə çox diqqətli olmalı, övladlarına hədiyyə paketi almaq istəyirlərsə, hazır paketlərdən imtina edərək onları özləri hazırlamalıdırlar. Hədiyyə paketinin içərisinə yalnız keyfiyyətli və sağlam qidalar yerləşdirilməlidir. Məsələn, oyuncaq, təzə meyvələr və ya meyvələrdən hazırlanan zərərsiz cipslər kimi alternativlər daha uyğun seçim ola bilər. Bu yanaşma həm uşaqların sağlamlığını qorumağa kömək edər, həm də onlara daha faydalı hədiyyələr təqdim etməyə imkan verər".

 

 

 

 

 

Избранный
17
azedu.az

1Источники