RU

İlham Əliyev: Ermənistanla 15 maddə razılaşdırmışıq, 2-si qalıb

İlham Əliyev Rusiya mediasına müsahibəsində deyib ki, "Sülh sazişi və Ermənistanın eyni vaxtda bizə qarşı silahlandırılması bir-birinə uyğun gəlməyən iki fərqli siyasətdir".

"Axı, biz əslində sülh sazişi üzrə böyük irəliləyiş əldə etmişik. Bu sənədin 17 maddəsinin 15-i razılaşdırılıb, ikisi qalıb", - İlham Əliyev bildirib.

Çərşənbə axşamı günü Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyovun suallarını cavablandırıb.

O həmçinin razılaşdırılmayan iki maddənin nədən ibarət olduğunu da açıqlayıb.

"Onlardan biri bir-birinə qarşı beynəlxalq məhkəmə işlərindən çəkinməkdir. Zənnimcə, bu, qarşılıqlı şəkildə qəbul olunan maddədir. Bu yaxınlarda biz vurulmuş zərərin araşdırılmasını başa çatdırdıq. Bu, təqribən 150 milyard dollardan çoxdur, yəni, işğal illərində vurulan zərərdir. Ona görə də zənnimcə, bir-birinə qarşı məhkəmə işlərindən əl çəkmək hər iki tərəf üçün qəbulediləndir", - İlham Əliyev deyib.

Cənab Əliyev razılaşdırılmayan digər maddənin başqa ölkələrin nümayəndələrini Azərbaycanla sərhəddə yerləşdirilməsi olduğunu bildirib.

Onun sözlərinə görə, Ermənistan tərəfi "Avropa müşahidəçiləri pərdəsi altında bizim sərhəddin Ermənistan tərəfində NATO infrastrukturu yaradılıb".

Azərbaycan və Ermənistan hakimiyyəti xalqların iştirakı olmadan sülhü necə müzakirə edirAzərbaycan-Türkiyə münasibətləri: onları kim soyuqlaşdırdı?Ermənistanın Azərbaycana qaytaracağı 4 kənd: xəritə üzərində izah edirik

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin 15 maddəsinin razılaşdırıldığını rəsmi Yerevan da bəyan edib.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dekabrın 6-da deyib ki, əgər siyasi iradə olarsa, digər iki maddəni də razılaşdırıb, qısa zamanda sülh imzalamaq olar.

İlham Əliyev müsahibəsində Azərbaycan tərəfinin Ermənistandan istədiyi daha iki şərti də qeyd edib.

Bunlardan biri rəsmi Bakının Yerevandan öz konstitusiyasını dəyişdirməyi tələb etməsidir. İlham Əliyev hesab edir ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası var.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə dekabrın 10-da X sosial media hesabında bildirib ki, ölkəsinin konstitusiyasında qonşu ölkələrə qarşı heç bir ərazi iddiası yoxdur.

İlham Əliyevin digər bir şərti də ATƏT-in Minsk qrupunun ləğvidir. O müsahibəsində deyib ki, bunu Ermənistanın razılığı olmadan etmək mümkün deyil.

Videoya YouTube kanalımızda baxın.

Избранный
63
50
bbc.com

10Источники