RU

Qubada “Artexnolab” Uşaq Festivalı keçirilib

Quba, 19 dekabr, Elxan Yusifli, AZƏRTAC

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Quba şəhərində keçirilən “Artexnolab” uşaq festivalında 100 şagird iştirak edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festivalda Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində təhsil alan 10-13 və 14-16 yaş kateqoriyalarında şagirdlər komanda və fərdi şəkildə iştirak ediblər. Tədbir animasiya, qrafiki dizayn, fotoqrafiya, ekorobot və proqramlaşdırma kimi istiqamətləri əhatə edib. Hər bir istiqamət üzrə peşəkar mütəxəssislərin keçdiyi master-klaslarda iştirakçılar yeni bilik və bacarıqlar qazanıblar.

Festivalın əsas məqsədi şagirdlərin elmi və yaradıcılıq potensialının inkişaf etdirilməsi, onların elmi-texniki biliklərinin artırılması, yaradıcı düşüncə tərzinin formalaşdırılması, tədqiqat işlərinə maraq və həvəsin artırılması olub.

“Artexnolab”da paralel sessiyalar şəklində müxtəlif nominasiyalar üzrə fəaliyyətlər həyata keçirilib. Münsiflərin qiymətləndirmələri əsasında hər nominasiyada 1-ci, 2-ci və 3-cü yerlərin qaliblərinə diplom və mükafatlar, digər iştirakçılara isə sertifikat və hədiyyələr təqdim edilib.

Избранный
22
azertag.az

1Источники