RU

“Kart kodları ilə bağlı bütün dünyada problemlər var”

“Mərkəzi Bank həmişə bankların reytinqini paylaşır. Xoşdur ki, “Kapital Bank” həmişə yaşıl zonada olur. Digər tərəfdən, ən böyük müştəri kütləsi bizdədir, 6 milyona yaxın müştərimiz var. Amma faiz olaraq bankdan şikayətlər çox azdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Kapital Bank”ın İdarə Heyətinin sədri Fərid Hüseynov 11 ayın yekunları və 2025-ci ilin planlarına dair mətbuat konfransında bildirib.

O qeyd edib ki, müştəri şikayətləri həmişə bank üçün prioritetdir, hər zaman onlardan nəticə çıxarılır:

“Bəzən müştəri bizim mürəkkəb məhsulları anlamır, o zaman biz onu izah etməyə çalışırıq. Bəzən əsaslı şikayətlər də olur. Bu narahatlıqlar kibertəhlükəsizliklə bağlıdır. Kart kodları ilə bağlı bütün dünyada problemlər var.

Nağdsız dövriyə bizdə arta-arta getdiyinə görə, dələduzlar da imkanlardan istifadə edir. Yaxud zərərli məlumatları telefonlara yükləyək məlumatların ələ keçirilməsinə səbəb olurlar. Bəzən müştərilərə dələduzlar tərəfindən zənglər gəlir.

Mənim yaxın qohumlarımın başına da belə işlər gəlib. Biz çalışırlq ki, həm bank, həm assosasiya, həm DİN tərəfindən bunu insanlara aydın şəkildə başa salaq, yenə də belə problemlərlə qarşılaşırıq”.

Gülnar Əliyeva

Избранный
2
qafqazinfo.az

1Источники