“Hüquq” ixtisası üzrə qəbul planı hər il artırılır. Hazırda 9 ali təhsil müəssisəsində bakalavr və magistratura səviyyələrində “Hüquq” ixtisası üzrə tələbə qəbulu həyata keçirilir”.
AzEdu.az “Azərbaycan müəllimi”-nə istinadən xəbər verir ki, bunu “Gənc Hüquq Müdafiəçiləri” məhkəmə müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimində elm və təhsil nazirinin müavini İdris İsayev deyib.
O bildirib ki, 2024-2025-ci tədris ili üçün bakalavr səviyyəsində “Hüquq” ixtisası üzrə 1395 qəbul yeri ayrılmışdı və tam dolub: “Bu göstərici iki il əvvələ nisbətən 50% artım deməkdir. Magistratura səviyyəsində isə təxminən 222 qəbul yeri ayrılıb ki, bu da iki il əvvəlki göstəricilərdən 26% çoxdur”.
Nazir müavini əlavə edib ki, növbəti illərdə də “Hüquq” ixtisası üzrə tələbə qəbulunun artırılması istiqamətində addımlar atıla bilər.