RU

Hakan Fidan Türkiyə ordusunun Suriya ərazisindən çıxmaq şərtini açıqladı

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, miqrasiya və terrorizmlə bağlı təhdidlər aradan qalxarsa, ölkəsinin Suriyada hərbi mövcudluğunu saxlamaq üçün heç bir əsası olmayacaq.

hakimiyyet.az xəbər verir ki, o bunu Qətərin "Əl-Cəzirə" telekanalına müsahibəsində deyib.

"Bildiyiniz kimi, Türkiyənin Suriyadakı varlığının iki əsas məqsədi var idi ki, bunlardan biri Türkiyəyə gələcək kütləvi köçün qarşısını almaq idi, çünki 5 milyon insan müxalifətin nəzarətində olan ərazidə yaşayırdı. Əgər bu iki əsas problemin aradan qalxdığını görəriksə, Suriyada qalmağımız üçün heç bir səbəb olmayacaq", - deyə Türkiyənin XİN başçısı vurğulayıb.

Избранный
4
3
hakimiyyet.az

4Источники