RU

DSMF “Global Financial Market Review” beynəlxalq mükafat proqramının müsabiqəsində ali mükafata layiq görülüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) “Global Financial Market Review” (GFM) beynəlxalq mükafat proqramının (Birləşmiş Krallıq) “Global Financial Market Review – Awards 2024” müsabiqəsində qalib seçilib. 

DSMF-nin müsabiqə işinə münsiflər tərəfindən yüksək qiymət verilib və Fond “İlin Ən Yaxşı Pensiya Məsləhətçisi 2024” ali mükafatına layiq görülüb. Fondun adı beynəlxalq müsabiqənin rəsmi səhifəsindəki “Qaliblərin siyahısı”nda da yer alıb. 

https://www.gfmreview.com/awards_winners 

Müsabiqədə DSMF ilə yanaşı ABŞ, Türkiyə, BƏƏ, Kanada, Birləşmiş Krallıq, Avstraliya, Sinqapur, Meksika, Malayziya, CAR, Nepal, Braziliya və s. daxil olmaqla 60-dan çox ölkədən dövlət və özəl qurumlar iştirak edib.  

Bu, DSMF-nin 2024-cü il ərzində layiq görüldüyü 31-ci, 2021-2024-cü illər ərzində isə 54-cü beynəlxalq mükafatdır.

Избранный
9
7
xalqqazeti.az

8Источники