Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
Milli.A xəbər verir ki, hadisə Nərimanov rayonu Ziya Bünyadov prospektində yerləşən "Çingiz Xan" şadlıq evinin qarşısında baş verib.
"Hyundai" markalı 77-RB-234 dövlət qeydiyyat nişanlı avtomobil 1967-ci il təvəllüdlü Əliyeva Ranə Qiyas qızını vurub. O, xəstəxanaya çatdırılsa da, vəfat edib.
Faktla bağlı Nərimanov RPİ-də cinayət işi başlanaraq istintaq aparılır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
![](https://img.milli.az/2024/12/19/1252609.jpg)