RU

ABŞ Azərbaycanın əsas ticarət tərəfdaşları sırasında 4 pillə yüksəlib


Bu ilin ilk 11 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 43 milyard 109,5 milyon dollar olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ticarət dövriyyəsinin 24,3 milyard dollarını ixrac, 18,8 milyard dollarını idxal təşkil edib.
Əvvəllər olduğu kimi, bu dəfə də Azərbaycanın əsas ticarət tərəfdaşı İtaliya olub. Bu ilin ilk 11 ayında İtaliya ilə ticarət dövriyyəmiz 10,3 milyard dollar olub və bunun 9,8 milyard dolları ixracın payına düşüb. Ölkənin ümumi ixracında İtaliyanın payı 40,4% olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın əsas ticarət tərəfdaşlarının ilk dördlüyündə dəyişiklik olmayıb. Ötən il olduğu kimi, bu il də İtaliya, Türkiyə, Rusiya və Çin əsas ticarət tərəfdaşımız olub. Ötən ildən fərqli olaraq bu ilin ilk 11 ayında ABŞ ilk 5-liyə yüksəlib. 2023-cü ilin ilk 11 ayında 835 milyon dollarlıq ticarət dövriyyəsiylə 9-cu sırda olan ABŞ bu ilin ilk 11 ayında 1,5 milyard dollarlıq ticarət dövriyyəsi ilə 5-ci sırada qərarlaşıb. Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələrin sıralamasında isə ABŞ 4-cü olub.

Elnur Əli
Избранный
8
1
yeniavaz.com

2Источники