RU

Baydendən Ukraynaya “NATO kələyi” – “Bizlik deyil, Tramp məşğul olacaq”

Gələn il yanvarın 20-də ABŞ prezidenti Co Baydenin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar Ukraynanın NATO-ya üzvlük məsələsini Amerikanın yeni lideri Donald Tramp həll edəcək. 

Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bunu Baydenin Milli Təhlükəsizlik Şurasında Avropa üzrə xüsusi köməkçisi və baş direktoru Maykl Karpenter "The Hill” qəzetinə açıqlamasında deyib. 

“Ukraynanın NATO-dakı gələcəyi indi Trampın əlindədir. Amma biz hələ bunu necə edəcəyimizi (Ukraynanı alyansa qəbul etməyi) başa düşməliyik. Hazırda Ukraynanı dəvət etmək üçün alyans daxilində konsensusumuz yoxdur. Bizim razılaşmamız var ki, nə vaxtsa Ukrayna NATO-da olacaq” –deyə, Ağ Evin sözçüsü bildirib. Bununla belə, Karpenter əlavə edib ki, bu məsələ hələ Trampın keçid komandası ilə müzakirə edilməyib.

ElcanMissiya.Az

Избранный
3
missiya.az

1Источники