İsrail dövlətinə qarşı hücum və təhdidlərə icazə verməyəcəyik.
APA xəbər verir ki, bu barədə İsrail müdafiə naziri İsrail Katz “X” platformasındakı paylaşımında bildirib.
“Husi terror təşkilatının liderlərinə xəbərdarlıq edirəm: İsrailin uzun əli sizə də çatacaq. Kim İsrail dövlətinə əl qaldırarsa, onun əli kəsiləcək, kim zərər versə, qat-qat zərər görəcək. Biz güclü zərbə endirəcəyik. İsrail dövlətinə qarşı hücum və təhdidlərə icazə verməyəcəyik”, - o paylaşımında qeyd edib.