RU

Hovasapyandan atmaca:"Bəşər Əsəd bığını qırxdı, ölkəni poliqon etdi, sonra da uçdu" 

Erməni ictimai xadim Armen Hovasapyan Facebook sosial şəbəkə hesabında Ermənistanın baş naziri Nikol Paşinyana atmaca atıb.

O, 1 milyona yaxın insanın qətlə yetirildiyi, 12 milyon insanın köç etmək məcburiyyətində qaldığı, bir çox şəhərin xarabalığa çevrildiyi Suriyanı qoyub qaçan Bəşər Əsədə aid paylaşım edib:" Yadınızdadırsa, İlk dövrdə Əsədin də bığları var idi.  Əsəd də bığını, saçını qırxdırmışdı.
Ölkəni poliqon etdi,  torpağı zibilxanaya döndərdi, Suriyanı tamamilə məhv etdi, sonda da təhvil verdi və uçdu”.

Xatırladaq ki, ötən ay Ermənistanın baş naziri Nikol Paşinyan uzun illərdir ona yoldaşlıq edən saqqalını qırxaraq, bu anı öz Facebook səhifəsində paylaşmışdı. Paşinyan videonu "Salam, ağ saqqal", - yazaraq şərh etmişdi. Çox güman ki, Armen Hovasapyan bu detala görə həmin paylaşımı edib. Mesaj belədir: Paşinyan ölkəni Əliyevə verib qaçacaq".


Əntiqə Rəşid

Избранный
5
adalet.az

1Источники