RU

Kapital Bank: Bu il 2 dəfə çox müştəridə dələduzluq hallarının qarşısı alınıb

Bu ilin ilk 11 ayı ərzində 142 250 unikal müştərinin 194 347 əməliyyatı , 3753 kart hesabı dələduzluq əməliyyatı ehtimalı olduğu üçün bloklanıb.

Bunu hazırda keçirilən mətbuat konfransında bankın İdarə heyətinin üzvü, baş risk inzibatçısı Cavid Mirzəyev vurğulayıb.

Baş risk inzibatçısı bildirib ki, ötən illə müqayisədə 2 dəfə çox müştəridə dələduzluq halının qarşısı alınıb: “Dələduzlar tərəfindən müştəri məlumatlarının ələ keçirmə yolu kimi müştərilərin sosial şəbəkələrdə asan qazanc, endirimdə olan məhsul və bu tipli “sərfəli təklif” əldə etməyi vəd verən videolara və reklam mətlərinə inanaraq saxta linklərə daxil olub və kart məlumatlarını orada yerləşdirib və ya üçüncü tərəflərlə paylaşıblar. Biz mütəmadi olaraq bu tip dələduzluq fəaliyyəti həyata keçirən web-sayt və sosial şəbəkə hesablarına qarşı mübarizə tədbirləri həyata keçirirk. Məsələn, fakt olaraq deyə bilərəm ki, 2024-cü ilin 11 ayı üzrə göstəricilərə nəzər salsaq cari ildə dələduzluq fəaliyyəti həyata keçirən 100 web-sayt, 1000-ə yaxın isə sosial şəbəkə hesabı tərəfimizdən şikayət edilib və bağlanılıb. 

Müqayisə üçün 2023-cü il üzrə bu rəqəmlər müvafiq olaraq 90 web-sayt, 800-dən çox sosial şəbəkə hesabı idi”.


Избранный
8
1
news24.az

2Источники