RU

Çinin keçmiş idman naziri korrupsiya əməllərində ittiham olunur

Çinin Ali Xalq Prokurorluğu korrupsiya əməllərində və vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinən Dövlət Baş İdman Administrasiyasının keçmiş rəhbəri Qou Convenin həbsinə qərar verib.

Korrespondent.az xəbər verir ki, Ali Xalq Prokurorluğu açıqlama yayaraq, Dövlət Nəzarət Komitəsinin sabiq məmur haqqında ilkin təhqiqatı başa vuraraq işi prokurorluğa təhvil verdiyini bəyan edib. Hazırda sabiq məmurun cinayət işi üzrə istintaq aparılır.

Quo Conven daha əvvəl Pekin merinin müavini, Etnik və Dini Məsələlər Komitəsinin sədr müavini, sonuncu vəzifəsi isə Çin Xalq Siyasi Məşvərət Şurası Daimi Komitəsinin üzvü olub.

Qeyd edək ki, Dövlət Nəzarət Komitəsi bir neçə gün əvvəl açıqlama yayaraq sabiq məmurun partiya intizamını və qanunları pozduğu üçün Çin Kommunist Parstiyası sıralarından xaric edilib. O, müxtəlif vəzifələrdə çalışarkən mövqeyindən istifadə edərək yaxınlarının biznesinə dəstək verməkdə, fərdi şəxslərə iş düzəltmək və müxtəlif şirkətlərin biznes fəaliyyətinə dəstək üçün bahalı hədiyyələr və pul qəbul etməkdə, habelə qadın alveri və qanunsuz pul dövriyyəsində iştirakda ittiham olunur. Bundan başqa, idman obyektlərinin inşasında və idman avadanlıqlarının satın alınmasında qanunsuzluqlara yol verməkdə şübhəli bilinir. Oou Conven Dövlət Baş İdman Administrasiyasının rəhbəri vəzifəsində çalışarkən Pekin-2022 Qış Olimpiya və Paralimpiya oyunlarının təşkilat komitəsinin icraçı sədri olub.

Избранный
8
3
korrespondent.az

4Источники