Rusiyanın Nazirlər Kabineti “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə tranzit yükdaşımaların birgə inkişafına dair Rusiya-Azərbaycan sazişinin layihəsini təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, müvafiq sərəncamı Rusiyanın Baş naziri Mixail Mişustin imzalayıb. Sənədin əsas məqsədi nəqliyyat kommunikasiyalarının səmərəliliyini artırmaqdır. Tərəflər, həmçinin, Şimal-Cənub dəhlizinin qərb marşrutunun potensialını artırmaq niyyətindədirlər.
Saziş dəmiryol xətləri yeniləndikdən sonra Rusiyadan Azərbaycana daşınmalı olan yüklərin illik həcmini də müəyyən edir. Belə ki, 2028-ci ildən minimum həcm 5 milyon ton olacaq, daha sonra isə tərəflərin qəbul edəcəyi müvafiq qərarla bu həcm 15 milyon tona yüksələcək.