RU

Rusiyanın An-2 təyyarəsi yoxa çıxıb

Kamçatkada Milkovo-Osora marşrutu ilə kommersiya uçuşu həyata keçirən An-2 təyyarəsi yarımadanın şimalında itib.  Vətəninfo.az  xəbər verir ki, məlumatı regionun fövqəladə hallar naziri Sergey Lebedev verib. İlkin məlumatlara görə, təyyarədə üç ekipaj üzvü olub, sərnişinlər olmayıb.

“Moskva vaxtı ilə saat 4:45-də təyyarədə 700 metr yüksəklikdə təcili eniş sisteminin işləməsi barədə məlumat daxil olub.

İtkin düşdüyü ehtimal edilən əraziyə ən yaxın yaşayış məntəqəsi 80 km cənub-cənub-şərqdə yerləşən Kluç qəsəbəsidir”, – nazir aydınlıq gətirib. Axtarışların aparılması üçün Tiliçiki kəndindən üç xilasedici ilə birlikdə Mi-8 helikopteri yola salınıb, Fövqəladə Hallar Nazirliyinin və rayon bölmələrinin daha on mütəxəssisi yoxlamalara başlayıb.

Избранный
14
veteninfo.az

1Источники