RU

Çində ata oğluna ev tapşırıqlarını yerinə yetirərkən az qala öləcəkdi

Çində məktəblinin atası oğluna ev tapşırığını yerinə yetirərkən infarktdan ölmək üzrə idi.

Bu barədə dekabrın 17-də “South China Morning Post” məlumat yayıb.

Qəzet yazır ki, "40 yaşlarında olan Çjan soyadlı ata, Çinin şərqindəki Çjeçjyang əyalətində yuxarı siniflərə qəbul imtahanlarına hazırlaşan orta məktəb məzunu oğlu ilə dərslər zamanı birdən nəfəs almaqda çətinlik çəkdiyini və sinəsində ağrılı olduğunu hiss etdi".

Emosional stress səbəbindən kişi vaxtından əvvəl koronar arteriya xəstəliyindən yaranan infarkt keçirib. Çjan dərhal xəstəxanaya aparılıb və ona kəskin miokard infarktı diaqnozu qoyulub.

Qeyd olunur ki, kişi tez-tez oğlunun dərslərinə nəzarət edir və hər axşam əlavə dərslər təşkil edirdi.

Almaz Həsənli

Избранный
8
oxumeni.az

1Источники