Tovuz rayonu Aşağı Quşçu kənd orta məktəbində 15-dən çox şagird zəhərlənib. 1news.az-ın "Report"a istinadən məlumatına görə, zərərçəkənlər Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin məlumata görə, şagirdlər sobanın tüstüsündən zəhərləniblər. Faktla bağlı araşdırma aparılır. Tovuz Məktəb Araşdırma Zəhərlənmə Şagirdlər Sobanın Tüstüsü