Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) “yüksək rütbəli” PKK zabitini zərərsizləşdirib. Yeniavaz.com xəbər verir ki, bu barədə TRT-yə təhlükəsizlik mənbələrindən məlumat daxil olub. Bildirilib ki, MİT 14 yaşında terror təşkilatı PKK-ya qoşulan Yayla Kızılkayanı , Suriyanın Qamışlı bölgəsində keçirdiyi dəqiq əməliyyatla zərərsizləşdirib.