RU

Kommersiya qurumlarının dövlət qeydiyyatına alınması ilə bağlı yeni buklet hazırlanıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən kommersiya qurumlarının dövlət qeydiyyatına alınması ilə bağlı yeni buklet hazırlanıb. Bukletdə kommersiya qurumunun qeydiyyata alınma formaları, tələb olunan sənədlər, qeydiyyata alınma müddətləri, qeydiyyat sənədlərinin verilməsi, qeydiyyat və uçot məlumatlarının dəyişdirilməsi, habelə vergi ödəyiciləri üçün faydalı ola biləcək digər məlumatlar, o cümlədən vergitutma sistemi, lisenziyalar, mühasibat uçotu, təsərrüfat subyektləri, nəzarət-kassa aparatları (e-kassa) və POS-terminallar, muzdlu işçilərin cəlb edilməsi, sığorta haqları barədə məlumatlar əks olunub.

Sənəd Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” işçi qrupunun dövlət xidmətləri, o cümlədən elektron və rəqəmsal xidmətlər barədə sahibkarların və maraqlı tərəflərin məlumatlılıq səviyyəsinin artırılması və məlumatlara əlçatanlıq imkanlarının daha da genişləndirilməsinə dair İntensiv Kommunikasiya Planı çərçivəsində hazırlanıb.

Bukletlə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://www.taxes.gov.az/az/page/KQ-dovlet-qeydiyyatina-alinmasi

Избранный
69
vergiler.az

1Источники