RU

MSK bələdiyyə seçkilərində namizədlərin qeydiyyatı prosesinə dair seminar keçirib

Bakı. Trend:

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri iləəlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) maarifləndirmə proqramıçərçivəsində müxtəlif statuslu seçki subyektləri üçün fərqliistiqamətlər üzrə layihələr davam etdirilir.

Trend xəbər verir ki,genişmiqyaslı proqrama əsasən dekabrın 19-da bələdiyyə seçkilərindənamizədlərin qeydiyyatı prosesinə dair seminar təşkil olunub.

Qeyd etmək lazımdır ki, namizədliyin qeydə alınması üçün təqdimolunan imza vərəqələrində və onlara əlavə edilmiş sənədlərdə olanməlumatların düzgünlüyünü yoxlamaq məqsədilə dairə seçkikomissiyaları nəzdindəki işçi qruplarını əhatə edən bu layihəənənəvi şəkildə gerçəkləşdirilməklə, onların fəaliyyətinin daha datəkmilləşdirilməsinə mühüm töhfələr verib və sonuncu belə tədbirqısa müddət əvvəl ölkəmizdə Milli Məclisə seçkilər zamanıreallaşdırılıb. Bütün sadalananlar nəzərə alınaraq, budəfəkiseminar bələdiyyə seçkilərində namizədlərin irəli sürülməsi vəqeydə alınması prosesinin dinamik və intensiv davam etdiyi birmərhələdə müxtəlif aidiyyəti məsələlərin və təcrübədə ortaya çıxanhalların tam praktiki müzakirəsinə həsr olunub.

Seminar Mərkəzi Seçki Komissiyası sədrinin müavini RövzətQasımovun açılış nitqi ilə başlayıb. O, çıxışında bir sıraməqamlarla yanaşı, Komissiya tərəfindən ardıcıl, sistemli şəkildəhəyata keçirilən maarifləndirmə layihələrindən danışıb, bulayihələrin seçkilərin yüksək səviyyədə hazırlanıb, azad, ədalətlivə şəffaf keçirilməsindəki əhəmiyyətini xüsusi vurğulayıb.R.Qasımov, həmçinin bələdiyyə seçkilərində vətəndaşların birbaşaKonstitusiya ilə təsbit edilmiş passiv seçki hüquqlarının dahasəmərəli təmin olunmasında dairə seçki komissiyaları nəzdindəfəaliyyət göstərən işçi qruplarının üzərinə böyük məsuliyyətdüşdüyünü xatırladı, onların öz vəzifə və səlahiyyətlərini yerinəyetirərkən qanunvericiliyin tələblərinə dəqiqliklə əməl etmələrininzəruriliyini diqqətə çatdırıb.

Tədbirin açılışından sonra gündəliyə uyğun olaraq, Komissiyaüzvlərinin bələdiyyə seçkilərində passiv seçki hüquqununmənsubiyyəti və onun realizə imkanları, namizədlərin qeydə alınmasıprosesinin qanunvericilik əsasları və qaydaları, eləcə də işçiqrupunun fəaliyyətinin praktiki aspektləri, əldə olunmuş təcrübəbarədə təqdimatları dinlənilib. Əyani vəsaitlərdən də istifadəedilməklə keçirilən təqdimatlarla iştirakçılar mövzularla bağlıətraflı məlumatlandırılıb.

Seminarın praktiki hissəsi bələdiyyə seçkilərində namizədliyinirəli sürülməsi və qeydə alınmasına dair müxtəlif məsələlərətrafında geniş müzakirə, sual-cavab sessiyası ilə öz işini davametdirib.

Media subyektlərinin nümayəndələri tərəfindən genişişıqlandırılan seminarda namizədliyin qeydə alınması üçün təqdimedilən imza vərəqələrində və onlara əlavə edilmiş sənədlərdə olanməlumatların düzgünlüyünü yoxlamaq məqsədilə bələdiyyə seçkilərikeçirilən 118 seçki dairəsi üzrə dairə seçki komissiyalarının hərbirinin nəzdində fəaliyyət göstərən işçi qrupunun rəhbəri iştirakedib.

Məqalədə:
Избранный
8
6
az.trend.az

7Источники