RU

“Avromed Company” ilə bağlı bu dəfə nə qərar veriləcək?

Dəfələrlə İnzibati Xətalar Məcəlləsini pozan dərman firması “Avromed Company” ilə bağlı növbəti dəfə cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, “Avromed Company” bu dəfə də İXM-nin gömrük qaydaları əleyhinə olan 496.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə, fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Dərman firması ilə bağlı işə 27 dekabr tarixində Nəsimi rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, ölkənin qabaqcıl dərman firmalarından olan “Avromed Company” QSC deputat Cavanşir Feyziyevə məxsusdur.

Qarşı tərəfi dinləməyə hazırıq.

Nigar

Избранный
17
tribunainfo.az

1Источники