RU

Əmək müqavilələrinin sayında 609 min ARTIM

Ölkəmizdə əmək bazarının tənzimlənməsində müasir üsullar tətbiq edilir. Məhz bunun nəticəsidir ki, ötən illərlə müqayisədə əmək müqaviləsinin sayında 609 min artım əldə edilib. Bunun 80 faizi özəl sektorun payına düşür, yəni özəl sektorlarda 500 mindən çox əmək müqaviləsi imzalanıb.

Modern.az xəbər verir ki, bu sözləri Karyera İnkişaf Forumunda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir qeyd edib ki, dövlət siyasətinin prioriteti Azərbaycan vətəndaşının rifahıdır: “Sosial iqtisadi islahat paketləri çərçivəsində əməkhaqqı fondunun artması istiqamətində uğurlar əldə edilib. Eyni zamanda, 600 mindən çox vətəndaş işə düzəlib, 93 min ailə özünüməşğulluq proqramı ilə təmin olunub. Bu proqramların daha da artırılması hədəflənir”.

Əmək bazarının tənzimlənməsində müasir üsulların tətbiq edildiyini bildirən S.Babayev insan resurslarının dəyişən dünyada inkişaf etməsinin şərt olduğunu deyib: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 145 elektron xidmət həyata keçirilir. Ötən dövr ərzində xidmətlər bir çox beynəlxalq mükafatlara layiq görülüb”.

Избранный
2
4
modern.az

5Источники