RU

11 ayda metallurgiya sənayesi üzrə 1,2 milyard manatlıq məhsul istehsal edilib

Bu ilin yanvar-noyabr aylarında metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 1 226,2 milyon manat dəyərində məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsinin hesabatına görə, hazır metal məmulatlarının istehsalı sahəsində 35,7 faiz, metallurgiya sənayesi məhsullarının istehsalında isə 21,7 faiz artım qeydə alınıb.

Hesabat dövründə metallurgiya sənayesi üzrə mis məftilin istehsalı 5,1 dəfə, alüminium məmulatlarının istehsalı 49,1 faiz, armatur istehsalı 30,4 faiz, hazır metal məmulatlarının istehsalı sahəsi üzrə izolyasiyası olmayan çoxnaqilli məftil, troslar və oxşar məmulatların istehsalı 19 faiz, metaldan sair məmulatların istehsalı isə 13,3 faiz artıb.

Избранный
3
1
vergiler.az

2Источники