RU

MSK bələdiyyə seçkilərində namizədlərin qeydiyyatı prosesinə dair seminar keçirib

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) maarifləndirmə proqramı çərçivəsində müxtəlif statuslu seçki subyektləri üçün fərqli istiqamətlər üzrə layihələr davam etdirilir.

Genişmiqyaslı proqrama əsasən dekabrın 19-da bələdiyyə seçkilərində namizədlərin qeydiyyatı prosesinə dair seminar təşkil olunub.

Qeyd edilib ki, namizədliyin qeydə alınması üçün təqdim olunan imza vərəqələrində və onlara əlavə edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə dairə seçki komissiyaları nəzdindəki işçi qruplarını əhatə edən bu layihə ənənəvi şəkildə gerçəkləşdirilməklə, onların fəaliyyətinin daha da təkmilləşdirilməsinə mühüm töhfələr verib və sonuncu belə tədbir qısa müddət əvvəl Milli Məclisə seçkilər zamanı reallaşdırılıb.

Bütün sadalananlar nəzərə alınaraq, budəfəki seminar bələdiyyə seçkilərində namizədlərin irəli sürülməsi və qeydə alınması prosesinin dinamik və intensiv davam etdiyi bir mərhələdə müxtəlif aidiyyəti məsələlərin, həmçinin təcrübədə ortaya çıxan halların tam praktiki müzakirəsinə həsr olunub.

Seminarda açılış nitqi ilə çıxış edən MSK sədrinin müavini Rövzət Qasımov bir sıra məqamlarla yanaşı, Komissiya tərəfindən ardıcıl, sistemli şəkildə həyata keçirilən maarifləndirmə layihələrindən danışıb və bu layihələrin seçkilərin yüksək səviyyədə hazırlanıb, azad, ədalətli və şəffaf keçirilməsindəki əhəmiyyətini xüsusi vurğulayıb.

R.Qasımov bələdiyyə seçkilərində vətəndaşların birbaşa Konstitusiya ilə təsbit edilmiş passiv seçki hüquqlarının daha səmərəli təmin olunmasında dairə seçki komissiyalarının nəzdində fəaliyyət göstərən işçi qruplarının üzərinə böyük məsuliyyət düşdüyünü xatırladıb, onların öz vəzifə və səlahiyyətlərini yerinə yetirərkən qanunvericiliyin tələblərinə dəqiq əməl etmələrinin zəruriliyini diqqətə çatdırıb.

Избранный
1
6
aznews.az

7Источники