Yelo Bank, sosial məsuliyyət strategiyası çərçivəsində iqtisadiyyatımızın dayanıqlılığı və ölkəmizin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına töhfə verən layihələri dəstəkləməyi prioritet hesab edir.
AZXEBER.COM xəbər verir ki, bu istiqamətdə atılan növbəti
addım UNEC-də keçirilən \"Müasir dövrün trendləri: Yaşıl iqtisadiyyat və
dayanıqlı inkişaf” mövzusunda İqtisadiyyat və Sosial Elmlər Sahəsində Tədqiqatçıların
I Beynəlxalq Konfransına dəstəyi oldu.
Tədbirdə yerli və beynəlxalq tədqiqatçılar yaşıl iqtisadiyyat, dayanıqlı enerji
və ekoloji məsuliyyət kimi mühüm mövzuları müzakirə etdilər. Afrika, Avropa,
ABŞ və digər ölkələrdən qatılan iştirakçılar konfransa müxtəlif məqalələr təqdim
edərək, qlobal problemlərin həlli ilə bağlı bilik və təcrübələrini bölüşdülər.
Bu cür təşəbbüsləri dəstəkləyərək, Yelo Bank Azərbaycanın intellektual və
ekoloji inkişafına töhfə verməyə davam edir və gələcək nəsillər üçün daha yaşıl
və dayanıqlı bir gələcəyin qurulmasına xidmət edir.
Bank xidmətləri, eləcə də onlayn kredit haqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!