RU

Kirayə yolu ilə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ: Dövlət Fondu 139 milyon manatlıq yaşayış sahələri alır

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (İKZF) satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin alınması ilə bağlı bir neçə müddət əvvəl başladığı hazırlıq işlərini yekunlaşdırıb.

Bu barədə FED.az dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.

Belə ki, İKZF satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə 40 min kvadrat metr həcmində yaşayış sahələri alacaq.

Qeyd olunub ki, vətəndaşların tələbatı nəzərə alınaraq yaşayış sahələrinin satınalınması Bakı şəhəri ərazisi üzrə (Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 412 nömrəli qərarı ilə təsdiq edilmiş Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonaların sərhədlərinə uyğun olaraq 7-ci və 8-ci zonalar üzrə) həyata keçiriləcək.

Məlumata görə, Fond yaşayış sahələrinin alınması ilə bağlı işlərin icrasını "Körpü-Bina-Tikinti" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və onunla dəyəri 138.800.096 AZN (138 milyon 800 min 96 manat) olan müqavilə bağlayıb.

Satın alınacaq yaşayış sahələrinə dair tələbləri təqdim edirik:

Təqdim ediləcək yaşayış sahələri eyni binada (və ya bina kompleksində) yerləşməlidir, fərqli bina (və ya bina komplekslərində) yerləşən yaşayış sahələrinin təqdim edilməsinə yol verilmir;
Təchizatçılar tərəfindən təklif edilən yaşayış sahələri mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və ya daşınmaz əmlaka dair təminat qeydinin aparılması barədə reyestrdən çıxarış əsasında təqdim edilməlidir;
Satın alınması nəzərdə tutulan yaşayış sahələrinin ümumi maksimal sayı 520 ədəd olmaqla, 1, 2, 3 və ya 4 otaqlı olmalıdır. Yaşayış sahələri binada (və ya bina kompleksində) yerləşən mənzillər olmalıdır;
Bina satmaq öhdəliyi ilə kirayəyə vermək məqsədilə satın alınacaq yaşayış sahələrinin yerləşdiyi çoxmənzilli yaşayış binası olmalıdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq 2013-cü il 1 yanvar tarixindən sonra inşa edilməlidir və s.

Yaşayış sahəsinə dair digər tələblərlə bu linkə keçid edərək tanış ola bilərsiniz.

Qeyd edək ki, İKZF-nin müqavilə bağladığı "Körpü-Bina-Tikinti" MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 300 min manat olan MMC-nin qanuni təmsilçisi Göyüşov Xaliq Avdil oğludur (Trend).

Избранный
0
3
fed.az

4Источники