RU

Məleykə Abbaszadə beynəlxalq sertifikasiya proqramlarının universitetlərdə olmasını təklif edib

Beynəlxalq sertifikasiya proqramlarının bir hissəsi ali təhsil sistemində, eləcə də kurikulumlarda əksini tapmalıdır.

“İki sahil” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bununla da ali məktəbi bitirən şəxs asanlıqla beynəlxalq sertifikat əldə edib rahat iş tapa bilər:

"Eyni zamanda ölkə üzrə də belə sertifikatların olması vacibdir. Çünki beynəlxalq sertifikatları xarici dili yaxşı bilənlər əldə edə bilər. Bu işdə təbii ki, universitetlər də maraqlı olmalıdır. Ali təhsili bitirən şəxs heç olmasa ən azı B2 səviyyəsində bir xarici dil biliyi olmalıdır. Misal olaraq, magistraturaya qəbul olmaq üçün ingilis dilini B2 səviyyəsində onlara təklif edirik".

Избранный
1
7
ikisahil.az

9Источники