RU

İstirahət məkanlarının “CİB YANDIRAN” QİYMƏTLƏRİ: Azərbaycanda turizm niyə bahadır?

Tətil günlərində əksəriyyət istirahət zonalarına üz tutmaq istəyir. Amma o məkanlar heç də hamı üçün əlçatan, ünyetən olmur. Bunun da tək bir səbəbi var:  əl yandıran qiymətlətlər.

Yeni il ərəfəsindəyik. Artıq hotellər bayram hazırlığını edib. Hotellərin qiymətlərinə baxırıq: 2 nəfər üçün 31 dekabr-2 yanvar tarixlərinə rekord paket qiymətləridir. Bu tarixlərdə ən ucuz rezerv qiymət 620 manatdır. 5300 manatlıq da hotellər var...

Azərbaycanda turizm niyə bahadır?

Ceyhun Aşurov: Qiymətlər xaricilər üçün normal olsa da, yerli vətəndaşlar üçün çox bahadır

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verəm turizm eksperti Ceyhun Aşurov qeyd edib ki, stirahət zonalarında tətil zamanları hotellərin qiymətləri fərqli olur:

“Yeni il ərəfəsində qidalanma, bayram əyləncəsi daxil olan paketlərin 2 nəfərlik qiyməti 1000-2500 aralığında dəyişir. Əlbəttə ki, bu qiymətlər az deyil, xarici vətəndaşlar üçün normal olsa da, yerli vətəndaşlar üçün bahadır. Ancaq bu qiymətlər də bazardan formalaşır”.

C.Aşurov bildirib ki, istirahər məkanlarına tələbat daha çox tətil günlərində artır. Bu da, təbii ki, qiymətə təsir göstərir.

Müsahibimiz hesab edir ki, amma daha əlverişli yerlər də mövcuddur:

"Gəncə, Mingəçevir, Naftalan zonalarında qiymətlər daha münasibdir. Əlbəttə ki, Quba, Qusar, Qəbələ, Şamaxı zonalarına daha çox tələbat olduğundan qiymətlər daha yüksəkdir".

Gülnar Mustafayeva: Bazarda hər seqmentə uyğun qiymətlər və təkliflər formalaşıb

Dövlət Turizm Agentliyinin mətbuat katibi Gülnar Mustafayeva Bakıvaxtı.az-a bildirib ki, iqtisadiyyatın digər sahələri kimi turizmdə də tələb və təklif mütənasibliyi əsas rol oynadığından bu sahədə birbaşa dövlətin qiymət tənzimlənməsi mövcud deyil. Onun sözlərinə görə, dövlətin bu istiqamətdə strategiyası bazarda təkliflərin həcminin artması üçün əlverişli şərait yaradaraq sağlam rəqabətlilik mühitinin formalaşmasına dəstək vermək, bununla da hər seqmentə və büdcəyə uyğun təkliflərin formalaşmasına dəstək verməkdir:

"Dövlət orqanı olaraq tövsiyəmiz qiymətlərin daha münasib və əlçatan olması, bütün vətəndaşların büdcələrinə uyğun olmasıdır. Qeyd etmək lazımdır ki, bazarda hər seqmentə uyğun qiymətlər və təkliflər formalaşıb. Təkliflərin həcminin artırılması istiqamətində tədbirlər görülür. Həmçinin onu da qeyd etmək lazımdır ki, hotel olmayan yerləşmə vasitələri, kənd evləri son dövrlərdə alternativ variant kimi çıxış edir.".

G.Mustafayeva vurğulayıb ki, Dövlət Turizm Agentliyi qiymətlərin formalaşdırılması prosesində iştirak etmir və bu prosesdə iştirak və ya prosesə müdaxilə etmək səlahiyyətlərinə malik deyil. Ümumiyyətlə, turizm sahəsində qiymətlərin dövlət tənzimlənməsi, yəni qiymətlərin formalaşması və tətbiqi prosesinə qanunvericilik, inzibati və maliyyə-büdcə tədbirləri vasitəsilə təsir etmək mexanizmi mövcud deyil. Belə bir mexanizmin mövcudluğu turizm üzrə sahibkarlıq mühitində qeyri-sağlam rəqabətə və ya rəqabətin məhdudlaşdırılmasına yol aça bilər.

Nuriyyə Musayeva

Избранный
14
bakivaxti.az

1Источники