RU

Müxalif erməni deputatdan TƏLƏB: "Taron Çaxoyan dindirilsin"

“Mən Ermənistanın baş prokuroru Anna Vardapetyandan Ermənistanın baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyanı dindirməyi, ondan dediklərini təsdiq edən faktları təqdim etməyi, sübutlar olmadığı halda isə onu böhtana görə məsuliyyətə cəlb etməyi tələb edirəm".

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müxalif deputatı Taquya Tovmasyanın açıqlamada deyilir.

“Dünən beynəlxalq tərəfdaşlara deputat Ovik Ağazaryanın telefonunun məzmununun açıqlanmasının yolverilməzliyi ilə bağlı müraciətimdən sonra, hakimiyyətin hədəfinə çevrildim. İstər daxili qanunvericiliyi, istərsə də bir şəxsin şəxsi yazışmalarının dərcini qəti şəkildə qadağan edən beynəlxalq sazişlər var. Baş nazirin aparat rəhbərinin müavini Taron Çaxoyanla əlaqəli internet saytlarında Ağazaryanın cinsi oriyentasiyası ilə bağlı məqsədyönlü məqalələr dərc olunub. Bundan sonra mən də Çaxoyanın hədəfinə çevrildim”,-deyə Tovmastyan qeyd edib.

Qeyd edək ki, Çaxoyan vaxtilə Taqui Tovmasyanın bir neçə il əvvəl Nikol Paşinyanın (o vaxt deputat olub - red.) iştirakı ilə söhbəti qanunsuz olaraq lentə aldığını və Ermənistanın üçüncü prezidenti Serj Sarkisyana təhvil verdiyini deyib.

Musavat.com

Избранный
12
musavat.com

1Источники