Britaniyanın “Financial Times” qəzeti ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı “İlin adamı” elan edib.
Nəşr bu statusu 2016-cı ildən bəri ikinci dəfə siyasətçiyə verib. Həmin vaxt qəzet yazırdı ki, seçkiyə bir neçə gün qalmış ən optimist proqnozlar belə respublikaçının qalib gəlmək şansını zəif qiymətləndirirdi, lakin “sonra Trampın zəfər gecəsi gəldi”.
Bu il “Financial Times” Trampın yenidən ABŞ prezidenti seçilməsini ölkənin müasir tarixində Ağ Evə “ən dramatik qayıdış” hesab edib.
Məqalə müəllifi yazır: “Artıq Trampı əhəmiyyətsiz bir hadisə kimi rədd etmək mümkün deyil”.
Tural