RU

Məktəblilərin Polimer Materialları İnstitutuna ekskursiyası təşkil olunub

Elm və Təhsil Nazirliyi Polimer Materialları İnstitutuna Sumqayıt İdrak liseyinin bir qrup şagirdinin ekskursiyası təşkil olunub.

İnstitutdan TƏHSİL.BİZ-ə bildirilib ki, ekskursiyada məktəbin rəhbərliyinin müraciətinə əsasən kimya fənninə xüsusi marağı olan 12 şagird iştirak edib. Ekskursiya zamanı institutun Makromonomer əsaslı polimer materiallar, Elektro və bioaktiv роlimеr materialları laboratoriyalarında və Fiziki-kimyəvi analiz şöbəsində istifadə olunan cihaz və avadanlığın iş prinsipləri haqqında məlumat verilib, məktəblilərin maraqlarına uyğun əyani təcrübələr nümayiş olunub, onların sualları cavablandırılıb, institutun tarixi, alimləri və nailiyyətlərindən bəhs edilib.

Gənc nəslin elmə marağını artırmaq məqsədilə təşkil olunan ekskursiya elm və təhsilin inteqrasiyası, elmin təbliği, məktəblilərin elmi tədqiqat işlərinə maraqlarının artırılması, istedadlarının aşkar olunaraq inkişaf etdirilməsi və gələcək peşələrinin seçimi baxımından xüsusilə əhəmiyyətlidir.

Избранный
9
tehsil.biz

1Источники