"Beşiktaş"ın üzvü Ernest Muçi karyerasını İngiltərədə davam etdirə bilərmiş.
Offsideplus.az xəbər verir ki, məlumatı "Fanatik" nəşri yayıb.
Həmkarlarımızın informasiyasına görə, polşalı futbolçunu Çempionşip klublarından biri 3,5 milyon avroya transfer etmək istəyib. Lakin İstanbul təmsilçisi bu təklifi fikirləşmədən rədd edib.
Qeyd edək ki, 23 yaşlı futbolçu "Legiya"dan 10 milyon avroya transfer edilib. Onun "Beşiktaş"la 2027-ci ilin yayına qədər müqaviləsi var. Muçi bu mövsüm komandasının heyətində 17 oyunda meydana çıxıb. Yarımmüdafiəçi bu görüşlərdə 4 qol vurub, 2 məhsuldar ötürmə edib.