RU

Paşinyanın qəzəbinə gələn deputatın oğlu da nazirlikdən qovuldu

Ermənistanda bu yaxınlarda hakim “Vətəndaş sazişi” partiyası sıralarından xaric edilən deputat Ovik Ağazaryanın Energetika Nazirliyində işləyən oğlu işdən qovulub.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə müxalif “Hraparak” qəzeti yazıb.

Qəzetin iddiasına görə, Hovsep Ağazaryandan işdən çıxmaq haqqında ərizəni verməsini şəxsən nazir Gevorq Papoyan tələb edib.

 “Qohumlarının Hovsep Ağazaryana pozulmuş hüquqlarını sonradan məhkəmədə müdafiə etmək və təzminat almaq üçün ərizə verməməyi tövsiyə etmələrinə baxmayaraq, o, həmin gün ərizəni nazirin masasına qoyub”, – deyə qəzet yazır.

Hovsep Ağazaryan nazirlikdə bir ildən artıqdır ki,  idarə rəisinin müşaviri vəzifəsində çalışırmış.


Musavat.com

Избранный
7
musavat.com

1Источники