RU

Borca görə axtarışda olan daha 75 nəfər saxlanıldı - BİR GÜNDƏ

Dekabrın 18-də ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə Korrespondent.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. 

Qeyd olunub ki, axtarışda olduğuna görə ümumilikdə 94, o cümlədən borclu şəxs qismində axtarışda olan 75 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.

Избранный
10
49
korrespondent.az

10Источники