RU

Hakan Fidandan Trampın açıqlamasına reaksiya

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Suriya lideri Bəşər Əsədin devrilməsində Türkiyə tərəfinin əli olması barədə açıqlamasını təkzib edib. 

"Unikal" xəbər verir ki, XİN rəhbəri bu barədə "Əl-Cəzirə" telekanalına müsahibəsində deyib. 

Tramp bəyan edib ki, Ankara çox ağıllı hərəkət edib və Suriyada böyük insan tələfatı olmadan qeyri-dost işğalı həyata keçirib.

Fidan vurğulayıb ki, Suriyada baş verən hadisələr Türkiyənin hakimiyyəti ələ keçirməsi kimi qiymətləndirilə bilməz: "Suriya xalqı üçün bu, hakimiyyətin ələ keçirilməsi deyil. Hər hansı bir dəyişiklik olarsa, bu, Suriya xalqının iradəsi ilə olmalıdır. Digər şərhlər sadəcə reallığın təhrifidir". 

O əlavə edib ki, bu cür hegemon yanaşmalar tarixdə regiona böyük ziyan vurub və Türkiyə belə mövqeyə can atmır.

Ağarza Elçinoğlu 

Избранный
2
3
unikal.az

4Источники