RU

"Global Media Group"un tərkibindəki şirkətlər növbəti nəzarət auditindən uğurla keçib

Global Media Group-un tərkibində fəaliyyət göstərən “Global Management” autsorsinq şirkəti, “Baku TV” xəbər kanalı, “Oxu.az” xəbər saytı və “Report” İnformasiya Agentliyi növbəti nəzarət auditindən uğurla keçib.

Demokrat.az xəbər verir ki, həmin şirkətlərdə 16-18 dekabr aralığında beynəlxalq standartların tələbləri əsasında ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemləri, ISO 14001:2015 Ətraf Mühitin İdarə Edilməsi Sistemləri və ISO 45001:2018 Sağlamlıq və Əməyin Təhlükəsizliyinin İdarə Edilməsi Sistemləri 2-ci nəzarət auditi keçirilib.

“TÜV Austria Azərbaycan” şirkətinin apardığı auditin məqsədi həmin təşkilatlarda tətbiq olunmuş İnteqrə Olunmuş İdarəetmə Sisteminin və onun proseslərinin davamlı təkmilləşdirilməsi ilə bağlı sübutların əldə edilməsi və təsdiq edilməsi olub.

Keçirilən audit zamanı İnteqrə Olunmuş İdarəetmə Sisteminin uyğunluğu, kifayətliliyi və effektivliyini təmin etmək məqsədilə rəhbərlik tərəfindən sistemə dair liderlik və öhdəliyinin nümayiş etdirilməsi, düzgün resurslarla təmin edilməsi və təşkilatın strateji istiqamətinə uyğun qərarların verilməsi sübut edilib.

Qeyd edək ki, "Global Media Group"un tərkibində olan şirkətlər - “Oxu.Az” xəbər saytı, “Report” İnformasiya Agentliyi, “Baku TV” kanalı və “Global Management” autsorsinq şirkəti 2022-ci ildən bəri yuxarıda qeyd olunan standartlar üzrə sertifikatlara malikdir.

Azərbaycanın ən böyük media-holdinqlərindən biri olan Global Media Group 2017-ci ildən fəaliyyətə başlayıb. “Global Media Group”a Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər şirkətlər daxildir.

Избранный
5
1
demokrat.az

2Источники