RU

Almaniya Avropa İttifaqından çıxa bilər?

“Almaniya üçün Almaniya Alternativi”  (AfD) partiyası Aİ-nin ölkənin iqtisadiyyatına mənfi təsiri səbəbindən Almaniyanı Avropa İttifaqından çıxmağa çağırır.


Manset.az bu barədə rus mətbuatına istinadən bildirir. “Fevralın 23-də keçiriləcək növbədənkənar seçkilər öncəsi öz seçki platformasında AfD Almaniyanı Aİ və avrozonadan çıxmağa çağırır ki, bu da Almaniya siyasətində böyük dəyişikliyə səbəb ola bilər”. AfD-nin Almaniya kansleri vəzifəsinə namizədi Alis Veydel Avropa İttifaqını ölkənin avtomobil sənayesini məhv etdiyinə görə tənqid edib . "Bizə Avropa ölkələri arasında azad ticarət lazımdır, lakin bütün bu bürokratiya bizə lazım deyil", - Vaydel qeyd edib.

Onun sözlərinə görə, Almaniyanın avtomobil sektoru Aİ-nin 2035-ci ilə qədər yeni yanacaq mühərrikli avtomobillərin satışına qadağası ilə "aldadılıb".

Избранный
5
manset.az

1Источники