RU

"Nərmini o həkim əməliyyat etməyibmiş" - Baş həkimdən sensassion AÇIQLAMA

Bakıda daha bir gənc qızın plastik əməliyyatdan sonra öldüyü haqda məlumat vermişdik.

Oxu24.com  -un  məlumatına görə, hadisə Mərcan klinikasında baş verib.

Belə ki, 23 yaşlı  İsgəndərova Nərmin Bəylər qızı 20.11.2024-cü il tarixdə  qarın gərmə və bədən şəkilləndirmə əməliyyatı etdirib.

Oxu24.com saytının əldə etdiyi məlumata görə əməliyyatı edən həkim plastik cərrah Oruc Məmmədov olub. Nərmin İsgəndorova dünən gecə saatlarında restoranların  birindən  çıxan  zaman  qəfildən  vəfat  edib.

 

Araz Ağayev 

Oxu24.com məsələ ilə bağlı Mərcan klinikasının baş həkimi Araz Ağayevlə əlaqə saxlayıb.
Baş həkimin sözlərinə görə,yerli mediada yayılan xəbərlərdə xəstənin Nurlan Həsənli tərəfindən əməliyyat olunması yazılasa da, bu doğru informasiya deyil.

“Xəstəni plastik cərrah Oruc Məmmədov əməliyyat edib.Onun bu sahədə təhsili var.Nurlan Həsənli Rusiyada təhsil alıb.Azərbaycanda sənədləri təsdiq olunmadığından klinikamızda həkim assisenti kimi fəaliyyət göstərir.Onun bu işdə rolu xəstə cəlb edib,xəstənin müayinələrini etmək və əməliyyatdan sonrakı halı ilə maraqlanıb əməliyyat edən həkimə məlumat verməkdən ibarətdir”,-deyə baş həkim bildirib.

Oxu24.com saytının əldə etdiyi məlumata görə, hər iki həkim Xətai Rayon Prokurorluğuna dəvət olunub və ilkin izahatları alınıb.

 

 

Miri Məcidli

 

Избранный
366
2
oxu24.com

3Источники