RU

"Müharibənin nə qədər davam edəcəyini təxmin etmək mümkün deyil" -Putin

Xəbər verdiyimiz kimi Rusiya prezidenti onlayn şəkildə sualları cavablandırır. O, çıxışı zamanı Ukrayna müharibəsinə də toxunub. Rusiya lideri deyib ki, Xüsusi Hərbi Əməliyyatın(SVO) nə qədər davam edəcəyini təxmin etmək mümkün deyil.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.


Tural

Избранный
8
news365.az

1Источники