RU

"Əlilliyi olan miqrantlarla bağlı mövcud qanunvericilikdə güzəştlər mövcud deyil" - Səbinə Kərimova

Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin sədri Səbinə Kərimova QHT.az-a bildirib ki, ölkəmizdə təqribən 136 min miqrant yaşayır və onların təxminən 1370 nəfəri əlilliyi olan şəxslərdir.

QHT sədrinin sözlərinə görə, Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli Qərarı ilə təsdiqlənmiş qaydalara əsasən, Azərbaycan Respublikasında təhsil almaq istəyən əcnəbilər Elm və Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə qeydiyyatdan keçərək təhsil almaq imkanı əldə edirlər. Həmçinin, əlilliyi olan miqrantların dövlət hesabına təhsil alması üçün müvafiq ali təhsil müəssisələrinə yerləşdirilməsi prosesləri də həyata keçirilib.

Dövlət Miqrasiya Xidmətində əcnəbi tələbələrin miqrasiya məsələlərinə həsr olunmuş görüşlər təşkil olunur. Bu görüşlərdə ölkəyə giriş-çıxış, yaşayış icazələrinin rəsmiləşdirilməsi və digər mühüm məsələlər müzakirə edilir.

Ancaq Səbinə Kərimova vurğulayıb ki, Miqrasiya Məcəlləsində təhsil və işlə bağlı heç bir xüsusi güzəşt nəzərdə tutulmayıb. Yalnız miqrant ailələrində əlilliyi olan şəxslər üçün iş icazəsi ilə bağlı müəyyən güzəştlər mövcuddur. Əlilliyi olan miqrant müvəqqəti yaşamaq icazəsi olduğu halda, ölkədə təhsil almaq və işləmək hüququna malikdir.

O qeyd edib ki, ümumilikdə, əlilliyi olan miqrantlarla bağlı mövcud qanunvericilikdə heç bir güzəşt nəzərdə tutulmayıb, bu da bu kateqoriyadan olan şəxslər üçün müəyyən çətinliklər yaradır.

 

Pərvanə Fərhadqızı

Избранный
4
qht.az

1Источники